Quba sakini bədbəxt hadisə nəticəsində ölübbackend

Quba sakini bədbəxt hadisə nəticəsində ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, rayonun Suxtakələ kənd sakini Nəsirov Sahib Nüsrəddin oğlu avqustun 25-i saat 15:00 radələrində meşəyə moruq yığmağa getdikdən sonra geri qayıtmayıb.

57 yaşlı S.Nəsirovun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qüvvələri cəlb olunub. Axtarışlar nəticəsində Sahib Nəsirovun meyiti bu gün səhər saatlarında meşəlik ərazidə aşkarlanıb. Məlum olub ki, mərhum üzərinə ağac aşması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az