Gürcüstan və Rumıniya limanları arasında dəniz konteyner daşınmaları həyata keçiriləcəkbackend

Gürcüstan və Rumıniya limanları arasında dəniz konteyner daşınmaları həyata keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə “Gürcüstanın Dəmir Yolları”nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, “Gürcüstan Dəmir Yolları”nın baş direktoru David Peradze Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) birliyinə daxil olan ölkələrin və şirkətlərin rəhbərləri ilə görşüb.

İşçi qrup şəraitində keçən həmin görüşdə sentyabr ayından başlayaraq Gürcüstanın Batumi və Poti limanlarından Konstantsa limanına və geriyə yük konteynerləri gəmilərinin yola salınması barədə qərar qəbul olunub.

Gürcüstan ilə Rumıniya arasında dəniz nəqliyyat xəttinin işə düşməsi yük daşınmları sahəsində əlavə vaxt itkisinin qarşısını alacaq.

Dəniz yolu ilə bir istiqamət üzrə yük daşınması beş günə başa gələcək.

Plana əsasən, konteyner gəmiləri hər on gündən bir yola salınacaq.

İnterpress.az