Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Gürcüstan idmançısı yeni dünya rekorduna imza atıb

Gürcüstanın ağır atleti Qeorqi Rostomaşvili Batumidə yeni dünya rekorduna imza atıb.

Dərc edilib: 26 avqust 2019 [15:21]
Baxış sayı: 9487

İnterpress.az xəbər verir ki, Q.Rostomaşvili Batumi limanında bir barmağına kəndirlə bağlanmış “Tamara 2” gəmisini 5 metr dartıb. Gəminin ümumi ağırlığı 200 tondan çoxdur.

Gürcüstanın Rekordlar Federasiyasından bildiriblər ki, bu dünyada ilk rekorddur. Bu vaxta qədər heç kim bir barmağı ilə belə ağır yükü darta bilməyib.

29 yaşlı Q.Rostomaşvili ağır atletika üzrə bir neçə rekorda imza atıb. O, 2015-ci ildə “Rekordsmenlər kuboku”nun sahibi olub.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179