“Dünya məktəbi”ndə keçirilən şahmat turnirinin qalibləri bəlli olubbackend

“Dünya məktəbi”ndə keçirilən şahmat turnirinin qalibləri bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yarışda 30 şahmatçı iştirak edib.

Turnirin rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçi Salman Əbdülov və “Dünya məktəbi”nin şahmat klubunun rəhbəri, FIDE ustası Elşad Rzayev çıxış edərək idmanın bu növünün ölkəmizdəki inkişafından danışıblar. Onlar belə turnirlərin şahmatçıların yarış təcrübəsinin zənginləşməsində əhəmiyyətini qeyd ediblər.

Yeddi turdan ibarət İsveçrə sistemi üzrə keçirilən rapid turnirində Xəzər Babazadə, Kamal Ağasıyev və Gövhər Beydullayeva ilk üçlükdə qərarlaşıblar.

Sonda yarışda fərqlənmiş şahmatçılar təltif olunublar.

İnterpress.az