İspaniya Hərbi Hava Qüvvələrinin təyyarəsi Aralıq dənizinə düşübbackend

İspaniya Hərbi Hava Qüvvələrinin təyyarəsi Aralıq dənizinə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Europa Press agentliyinə istinadla xəbər verir ki, hadisə avqustun 26-da səhər saatlarında İspaniyanın cənub-şərqində yerləşən Mursiya əyaləti sahilləri yaxınlığında baş verib.

San-Havyer bələdiyyəsinin başçısı C-101 tipli təyyarənin qəzaya uğraması barədə məlumatı təsdiqləyib. Hazırda xilasedici gəmilər qəzanın baş verdiyi əraziyə yollanıb. Qəzanın başvermə səbəbləri araşdırılır.

“Cadena SER” radiostansiyasının məlumatına əsasən, təyyarə ölkənin hərbi-hava qüvvələrinin akademiyasına məxsus olub. Qəza zamanı pilot katapult edə bilib, onun axtarışları davam edir.

İnterpress.az