Azərbaycanın U-17 komandası Ukraynada israilli həmyaşıdları ilə qarşılaşacaqbackend

Azərbaycanın U-17 komandası Ukraynada israilli həmyaşıdları ilə qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yığmamız Bakı vaxtı ilə saat 18:00-da İsrail komandası ilə qarşılaşacaq.

Millimizin turnir üçün heyətində Elgün Bayramov (“Neftçi”), Eldar Tağızadə (“Fundacion Marcet”, İspaniya), Amin Ramazanov (“Lokomotiv Moskva”, Rusiya), Rəşad Həsənov (“Keşlə”), Cəlal Hüseynov (“Zirə”), Raqib Abışov (“Sabah”), Samir Həsənov (“Rubin Kazan”, Rusiya), Nikita Pesotski Çertanovo (“Moskva”, Rusiya), Ülvi Mədətov (“Qəbələ”), Zöhrab Əsədov (“Qarabağ”), Mirəli Əhmədov, Nihad Cəfərov (hər ikisi “Neftçi”), Elnur Mirzəyev (“Zirə”), Rauf Rüstəmli (“Qəbələ”), Əbil Əbilov (“Keşlə”), Vüsal Qəmbərov (“Sabah”), Musa Musazadə (“Qarabağ”), Arif Məmmədov (“Səbail”), Vüsal Əliyev (“Zirə”), Kamal Kazımov (“Keşlə”), Nicat Quliyev (“Səbail”), Nurəli Nurəliyev (“Zirə”), Mirmövsüm Canıyev (“Qarabağ”), Rəvan Nağıyev (“Neftçi”) və Vaqif Həsənov (“Keşlə”) yer alıblar.

Qeyd edək ki, yığmamız avqustun 27-də Ukrayna, iki gün sonra isə Latviya yığması ilə qarşılaşacaq.

İnterpress.az