Azərbaycanlı vikipediyaçılar beynəlxalq konfransda ölkəmizi təmsil ediblərbackend

Azərbaycanlı vikipediyaçılar beynəlxalq konfransda ölkəmizi təmsil ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hər iki tədbirdə ölkəmizi “Vikipediya”nın azərbaycanca dil bölməsinin idarəçiləri Elgün Atalıyev və Eldar Əzimov, həmçinin fəal vikipediya istifadəçisi Aida Aslanova təmsil ediblər.

Əvvəlcə iştirakçılar Stokholm şəhər bələdiyyəsində “Vikipediya”nın yaradıcısı Cimmi Uels ilə görüşüblər.

Vikipediyaçılarımız konfransda “Viki Qafqazı sevir” layihəsinin və Serbiyada Vikimedia təşkilatının ölkənin Mədəniyyət Nazirliyi ilə birgə layihələrinin, həmçinin Mərkəzi və Şərqi Avropa vikipediyaçılarının müzakirələrində iştirak edib, Rusiyada kitabxana fondunun ictimai mülkiyyətə verilməsi barədə seminarlara qatılıblar. Azərbaycanlı vikipediyaçılar, eyni zamanda, Vikimedia Fondunun istifadəçi qruplarının nümayəndələri ilə görüşüb, “Vikitəhsillə” və bu ilin oktyabrında Belqradda təşkil olunacaq Mərkəzi və Şərqi Avropa vikipediyaçılarının konfransının təşkili ilə bağlı müzakirələrdə fəal iştirak ediblər. İstifadəçi qruplarının rəhbərlərindən ibarət toplantıda iştirakçılar öz cəmiyyətlərində üzləşdikləri problemləri birlikdə müzakirə ediblər.

Azərbaycanın nümayəndə heyəti, eyni zamanda, digər ölkələrdən olan türkdilli vikipediyaçılarla görüşüb, gələcək planları barədə müzakirələr aparıblar.

Tədbirin təntənəli bağlanış mərasimi İsveçin “Şimal ölkələri muzeyi”ndə keçirilib.

İnterpress.az