Malayziyanın sabiq Baş Nazirinin qızına qarşı vergidən yayınma ittihamı irəli sürülübbackend

Malayziyanın sabiq Baş Nazirinin qızına qarşı vergidən yayınma ittihamı irəli sürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə “The Straits Times” qəzeti avqustun 27-də məlumat yayıb. Bildirilir ki, Malayziyanın Daxili Gəlirlər İdarəsi iyulun sonlarında 31 yaşlı Niriana Naciba qarşı 2011-2017-ci illərdə gəlirlərin gizlədilməsi və vergidən yayınma ittihamı ilə məhkəməyə müraciət göndərib. Bununla bağlı ilk məhkəmə dinləmələrinin sentyabrın 12-nə planlaşdırıldığı bildirilir.

Hazırda N.Nacib ailəsi ilə birlikdə Malayziyada yaşayır. Ötən ilin mayında keçirilən parlament seçkilərində məğlubiyyət nəticəsində istefa verdikdən sonra sabiq Baş Nazirin ailəsinə ölkəni tərk etmək qadağan edilib.

Xatırladaq ki, bundan sonra Nacib Razaka qarşı mənimsəmə, rüşvət alma, çirkli pulların yuyulması, vəzifədən sui-istifadə faktları üzrə ittihamlar irəli sürülüb. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, sabiq Baş Nazir ən azı 680 milyon dollar vəsaiti mənimsəyib. Bundan əlavə, o, 1,5 milyard rinqit (təqribən 367,5 milyon dollar) məbləğində vergidən yayınmada ittiham olunur. (azərtac)

İnterpress.az