“Muğam dünyasına səyahət” adlı layihə davam edirbackend

“Muğam dünyasına səyahət” adlı layihə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə təşkil olunan konsertdə bir-birindən maraqlı ifalar dinlənilib.

Bu dəfə Buzovna sakinləri qarşısında tarzən Əli Əliyev və kamança ifaçısı Abbas Əliyevin müşayiəti ilə xanəndələr Elgiz Əliyev, Könül Xəlilzadə və Məhəbbət Səfərov çıxış ediblər. Təqdim edilən “Segah”, “Mahur”, “Şur” muğamları və təsniflər maraqla qarşılanıb.

Qeyd edək ki, bu ilin iyul ayından start götürən “Muğam dünyasına səyahət” layihə ilin sonuna kimi davam edəcək.

İnterpress.az