Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Fuad Muradov CEO Lunch Baku-nun fəxri qonağı olacaq

“Yay mövsümü ilə əlaqədar kiçik fasilədən sonra Caspian European Club-a daxil olan şirkətlərin biznes imkanlarının genişlənməsinə kömək edən B2B və B2G formatlı tədbirlərin təşkilini yenidən bərpa edir.

Dərc edilib: 27 avqust 2019 [13:07]
Baxış sayı: 8693

İnterpress.az xəbər verir ki, son illər ərzində Azərbaycanın əksər şirkətləri ölkə hüdudlarından kənarda nümayəndəlik, filial və ortaq müəssisələr yaradır. Beləcə həmin dövlətlərdə Azərbaycan diasporunun yeni nəsil nümayəndəlikləri formalaşır. Məhz bu səbəbdən biz Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin Sədri Fuad Muradovu fəxri qonaq qismində CEO Lunch Baku-ya dəvət etmək qərarını qəbul etmişik. CEO Lunch Baku 2019-cu il sentyabrın 4-də Hyatt Regency otelində təşkil olunacaq”. Bu barədə Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

CEO Lunch– netvorkinq üçün nadir platformadır. Bu platforma çərçivəsində yaradıcı zümrənin nümayəndələri, dövlət məmurları, diplomatik missiya və beynəlxalq təşkilatların rəhbərləri, orta səviyyəli top-menecer və menecerlər ünsiyyət qurmaq və fikir mübadiləsi etmək imkanına malikdirlər.

Azərbaycanda hər ay təşkil olunan CEO Lunch Azərbaycanın dövlət və özəl sektoru arasında dialoqun qurulması üçün əsas vasitə olmaqla yanaşı, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin şirkət nümayəndələri ilə qeyri-rəsmi şəraitdə ünsiyyətin və yeni işgüzar əlaqələrin qurulması üçün əlavə imkanlar yaradır.

CEO Lunch Baku-da iştirak üçün www.caspianenergy.org saytı vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179