Donald Tramp Çinin ticarət üzrə dialoqu davam etdirmək istəyini alqışlayırbackend

Donald Tramp Çinin ticarət üzrə dialoqu davam etdirmək istəyini alqışlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Yeddilər qrupunun (G7) Fransanın Biarritz şəhərində keçirilən sammiti çərçivəsində Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşündən öncə bildirib.

Donald Trampın sözlərinə görə, Çin nümayəndələri avqustun 25-də axşam saatlarında ABŞ rəsmilərinə zəng edərək danışıqların davam etdirilməsini istədiklərini deyiblər.

“Onlar bunun doğru addım olduğunu başa düşürlər. Bu, bütün dünyada hadisələrin inkişafı üçün müsbət hadisədir”, – deyə ABŞ prezidenti vurğulayıb.

İnterpress.az