DİN-in saytında sərhədkeçməyə məhdudiyyət siyahısında olub-olmamaq barədə axtarış iki variantda aparıla bilərbackend

DİN-in saytında sərhədkeçməyə məhdudiyyət siyahısında olub-olmamaq barədə axtarış iki variantda aparıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-in mətbuat xidmətindən İnterpress.az-a bildiriblər ki, bunun üçün mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olub həmin elektron xidmət (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçilməli və açılan pəncərənin qrafalarına müvafiq şəxsi məlumatlar doldurulub təsdiq edilməlidir.

İnteraktiv pəncərədə axtarış iki variantda – soyad, ad, ata adı və doğum tarixi qeyd edilməklə və ya şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və şəxsin doğum tarixi göstərilməklə aparılmalıdır. Daxil edilən məlumatın düzgünlüyünə əmin olmaq üçün vətəndaşlara hər iki variant üzrə axtarış aparmaq tövsiyə olunur.

Əgər şəxs axtarışdadırsa qırmızı rəngdə “Diqqət, siz borclu kimi axtarışdasınız!” xəbərdarlığı ekrana çıxır və həmin şəxs barəsində məlumatlar, o cümlədən müraciət etməli olduğu polis orqanı göstərilir. Vətəndaş borcunu müvafiq qaydada ödədikdə barəsində olan məhdudiyyət aradan qalxır. Şəxs axtarışa elan edilməyibsə ekranın aşağı hissəsində yaşıl rəngdə “Axtardığınız parametrlərə uyğun borclu barədə məlumat yoxdur” informasiyası verilir.

İnterpress.az