BƏƏ-də kosmik sektorda çalışan işçi qüvvəsinin 45 faizi qadınlardırbackend

BƏƏ-də kosmik sektorda çalışan işçi qüvvəsinin 45 faizi qadınlardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə BƏƏ-nin Kosmik Agentliyinin baş direktoru Məhəmməd Nasser Al-Ahbabi məlumat verib.

Onun sözlərinə görə, Əmirliyin qadınları dünya kosmik sektorunda ən yüksək səviyyədə təmsil olunurlar, onlar insaniyyətə və gələcəyə xidmət missiyası çərçivəsində peyklərin istehsalında iştirak edirlər və kosmik sahədə elmi-tədqiqatların inkişafına böyük töhfələr verirlər.

Kosmik agentliyin başçısı bildirib ki, ölkə rəhbərliyinin qadınların imkanlarının genişləndirilməsi və gender bərabərliyinin balansının gözlənilməsi məqsədlərinə uyğun olaraq Əmirliyin gənc qadınları kosmik proqramda fəal iştirak edirlər. Al-Ahbabi xüsusi vurğulayıb ki, qadınların təmsilçiliyi orta hesabla 12 faiz təşkil edən beynəlxalq kosmik təşkilatlarla müqayisədə, BƏƏ-də qadınların bu sektorda məşğulluğu ən yüksək səviyyədədir. O, həmçinin Əmirliyin qadınlarının 2018-ci ilin oktyabrında Yaponiyadan buraxılan “KhalifaSat” peykinin istehsalında, 2020-ci ildə Marsa göndəriləcək ilk ərəb “Ümid” zondunun işlənilməsində və istehsalında iştirak etmələrini diqqətə çatdırıb.

Qeyd olunur ki, BƏƏ-nin Xəlifə Universitetinin “Aerokosmik və aviasiya mühəndislik” fakültəsinin məzunu Fatimə Səid Al-Xameli Kosmik agentlikdə 2016-cı ildən çalışır və o, ilin sonunda kosmosa buraxılacaq atmosferdə metan və karbon qazının kəmiyyətini ölçən “MizinSat” peykinin və “Ümid” zondunun istehsalı üzərində çalışan qadınlardan biridir.

Xəlifə Universitetinin digər məzun qadını Xiam Ənvər al-Baluşi də Kosmik agentlikdə istehsalat və keyfiyyətə nəzarət üzrə mühəndis vəzifəsində çalışır. O, təhsilini başa vurduqdan sonra müsabiqədə 3000 nəfərin içindən seçilərək NASA proqramına qoşulub.

İnterpress.az