Xaçmazda “Amerika ağ kəpənəyi”nə qarşı mübarizə aparılırbackend

Xaçmazda “Amerika ağ kəpənəyi”nə qarşı mübarizə aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları artıq 70 hektar ərazidə mübarizə tədbirlərini həyata keçiriblər.

Quba-Xaçmaz zonasında müşahidələr zamanı fərdi təsərrüfat sahələrində və parklarda əkilmiş məhdud sayda ağacın, eyni zamanda, meyvə bağlarındakı gavalı və tut ağaclarının “Amerika ağ kəpənəyi”nə yoluxduğu aşkar edilib. Zərərvericinin birinci nəslinə qarşı mübarizə tədbirləri iyunda aparılıb.

Hazırda zərərvericilərin qısa müddətdə məhv edilməsi üçün həm mexaniki, həm də kimyəvi yolla mübarizə tədbirləri həyata keçirilir.

Müvafiq tədbirlər Xaçmaz rayonunda, ümumilikdə, 100 hektar sahəni əhatə edəcək. (azərtac)

İnterpress.az