Beynəlxalq Avrasiya Konfransı BDU-nun beynəlxalq əlaqələrinə töhfə verəcək – Aydın Kazımzadəbackend

Beynəlxalq Avrasiya Konfransı BDU-nun beynəlxalq əlaqələrinə töhfə verəcək – Aydın Kazımzadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə deyib.

O bildirib ki, konfransın əsas məqsədi akademik fikir və son tədqiqat işlərinin mübadiləsi üçün forum təşkil etməklə riyaziyyatın müxtəlif sahələrində tədqiqat aparan elm adamlarını bir araya gətirmək, onları birgə tədqiqata təşviq etmək və həvəsləndirməkdir.

“Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı əsasında Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd edilir. Bu konfrans da universitetin 100 illiyinə həsr olunub. Avqustun 30-dək davam edəcək konfransa yüksək səviyyədə hazırlaşmışıq. İnanıram ki, konfrans işini uğurla davam etdirib, müsbət nəticələrlə yekunlaşacaq”, – deyə Aydın Kazımzadə qeyd edib. (azərtac)

İnterpress.az