İtaliyanın “Eni” şirkəti Nigeriyada iri qaz və kondensat yatağı aşkarlayıbbackend

İtaliyanın “Eni” şirkəti Nigeriyada iri qaz və kondensat yatağı aşkarlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Eni” şirkətinin məlumatında əsasən xəbər verir ki yatağın dərin qatlarında qaz ehtiyatları 1 trilyon kubfut və səmt kondensatı ehtiyatları 60 milyon barrel təşkil edir”. Məlumatda aşkarlanmış yatağın əlavə potensialının olduğu və onun gələcəkdə qiymətləndiriləcəyi deyilir.

Şirkətin qiymətləndirməsinə görə, “Obiafu-41” quyusu vasitəsilə gündə 100 milyon kubfutdan çox qaz və 3 min barrel kondensat çıxarmaq mümkündür. Qeyd olunur ki, “NAOC” qazın hasilatının artırılması üçün quyunun istismarına dərhal başlayır.

Xatırladaq ki, təbii qaz ehtiyatlarına görə Nigeriya Afrika ölkələri arasında birinci, dünyada isə doqquzuncu yer tutur. “Eni” şirkəti Nigeriyada 1962-ci ildən fəaliyyət göstərir. (azərtac)

İnterpress.az