“AgroX” innovasiya müsabiqəsinin yekun təqdimatı sentyabrın sonunda olacaqbackend

“AgroX” innovasiya müsabiqəsinin yekun təqdimatı sentyabrın sonunda olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Startap Azərbaycan”a istinadla xəbər verir ki, hazırda ikinci mərhələyə keçmiş 12 agro-startaplar ilkin versiyaların hazırlanması üzərində işləyirlər. Sentyabrın əvvəli “AgroX”də finala çıxmış komandalar üçün “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində növbəti mentor dəstəyi təşkil olunacaq. Gəncə şəhərindən olan və finala vəsiqə qazanmış 5 komanda üçün mentor dəstəyi sentyabrın 15-də Gəncədə təşkil ediləcək.

Xatırladaq ki, “AgroX” müsabiqəsinə 51 layihə təqdim edilib və 12 layihə ikinci mərhələyə keçib.

Qeyd edək ki, “AgroX” Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiyalar Mərkəzi və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə “Startap Azərbaycan” tərəfindən həyata keçirilir. Müsabiqənin mükafat fondu 12 min AZN müəyyən olunub. Birinci yerin qalibinə 6 min AZN, ikinci yerə 4 min AZN, üçüncüyə isə 2 min AZN təqdim olunacaq.

İnterpress.az