“Fənərbağça” komandası fransalı futbolçunu transfer edibbackend

“Fənərbağça” komandası fransalı futbolçunu transfer edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az İstanbul klubunun rəsmi saytına istinadla xəbər verir ki, komanda Fransa millisinin üzvü Adil Ramini transfer edib. “Marsel” klubundan ayrıldıqdan sonra azad agent statusuna malik olan otuz üç yaşlı futbolçu üçün “Fənərbağça” təzminat ödəməyib.

Müdafiəçi ilə “Şükrü Saracoğlu” stadionunda ikiillik müqavilə imzalanıb.

A.Rami son iki mövsümü “Marsel”də keçirib. O, 21 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Futbolçu A.Rami karyerası ərzində “Lill”, “Valensiya”, “Sevilya” və “Milan”da da çıxış edib. O, 2018-ci ildə Fransa yığmasının heyətində dünya çempionatının qalibi olub.

İnterpress.az