Avstraliya çimərliklərində timsahları dronla izləyəcəklərbackend

Avstraliya çimərliklərində timsahları dronla izləyəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, Kvinslend ştatının Texnologiya Universitetinin əməkdaşlığı ilə “Little Ripper Group” kompaniyasının hazırladığı bu qurğular Avstraliya sahillərindəki okean sularında yaşayan 16 müxtəlif heyvan növünü, o cümlədən köpəkbalığını fərqləndirə bilir.

Təhlükəli obyekt aşkarlandığı zaman dronda həyəcan siqnalı və səsgücləndiricilər işə düşür, təhlükə ilə üzləşən üzgüçülərə havadan xilasetmə vasitələri atılır. İlk vaxtlar innovativ dronlardan Kvinslend çimərliyi səmasında istifadə olunacağı gözlənilir.

Timsahlar hər il yer üzərində 2 mindən çox insanın ölümünə səbəb olur. Ekspertlərin hesablamalarına görə, Avstraliyada, əsasən də ölkənin şimalında 200 minə yaxın timsah var.

İnterpress.az