Dubayı yeddi ay ərzində 9,5 milyondan çox əcnəbi turist ziyarət edibbackend

Dubayı yeddi ay ərzində 9,5 milyondan çox əcnəbi turist ziyarət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Əmirliyin Turizm və Ticarət Marketinqi Departamentinin məlumatına görə 2019-cu ilin yanvar ayından iyuladək Dubayı 9,58 milyon əcnəbi turist ziyarət edib. Bu göstərici ötən ilin analoji dövründə 9,25 milyon təşkil edib.

Qeyd olunur ki, Dubaya daha çox turist Hindistandan (1,23 milyon nəfər), Səudiyyə Ərəbistanından (924 min) və Böyük Britaniyadan (667 min) gəlir.

Bununla belə, mehmanxana nömrələrinin ümumi sayı 2018-ci ilin sonunadək 111332 təşkil edib. Cari ilin iyul ayının sonunadək isə onların sayı 6,18 faiz artaraq, 118209-a çatıb. Bu ilin yanvar-iyul ayları dövründə mehmanxana nömrələrinin orta doldurulma dərəcəsi 74 faiz təşkil edib, halbuki, mehmanxana nömrəsinin orta qiyməti 442 dirhəmə (120 ABŞ dolları) bərabərdir.

İnterpress.az