“Saxta və keyfiyyətsiz idxal mallarına qarşı mübarizə” mövzusunda təlim keçirilibbackend

“Saxta və keyfiyyətsiz idxal mallarına qarşı mübarizə” mövzusunda təlim keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsindən İnterpress.az-a bildirilib ki, sözügedən təlimi Türkiyədə fəaliyyət göstərən “Esfor” şirkətindən dəvət olunmuş mütəxəssislər aparıblar. Saxta mallara qarşı mübarizə sahəsində 19 illik təcrübəsi olan bu şirkət dünyanın 190 firması ilə əməkdaşlıq edir.

“Esfor” şirkətinin rəhbəri Cengiz Gümüştüz qurumun iş prinsipi, yoxlamaların aparılması üçün istifadə edilən cihazlar, beynəlxalq təcrübədə saxta mallara qarşı mübarizə istiqamətində görülən işlərlə bağlı məlumat verib.

Şirkətin eksperti Merve Eraslan “Procter&Gemble”, “Adel” və “Faber-Castell” şirkətlərinə məxsus malların orijinal və saxta olmasının necə ayırd edilməsi üsullarını diqqətə çatdırıb, bu sahədə təmsil etdiyi qurumun təcrübəsini bölüşüb.

Təlimçilər özləri ilə bərabər gətirdikləri nümunələrin timsalında malların orijinal və ya saxta olmasını müəyyənləşdirməyi praktik olaraq izah ediblər.

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının da qatıldığı təlimin sonunda iştirakçılara sertifikatlar verilib.

İnterpress.az