“Belarus ilə Türkiyə arasında hər hansı fikir ayrılığı yoxdur” – Vladimir Mareybackend

“Belarus ilə Türkiyə arasında hər hansı fikir ayrılığı yoxdur” – Vladimir Marey

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BELTA-ya istinadla xəbər verir ki, bu fikri türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə Minskdə keçirdiyi brifinqdə Belarusun Xarici İşlər naziri Vladimir Marey söyləyib. Nazir bildirib ki, Belarus və Türkiyə tədricən iqtisadi əməkdaşlığın daha inkişaf etmiş formasına – sənaye korporasiyasına keçəcək.

“Belarusda Türkiyə sərmayəsi ilə təxminən 140 müəssisə fəaliyyət göstərir. Bu il iyulun 1-nə olan statistikaya görə, Belarus iqtisadiyyatına qoyulan türk sərmayələrinin həcmi 800 milyon dolları keçib. Lakin biz ticarət dövriyyəsini daha da artırmaq niyyətindəyik və bununla bağlı intensiv görüşlər, müzakirələr davam etdiriləcək”, – deyə V.Marey əlavə edib.

İnterpress.az