Paytaxtda üçmərtəbəli yaşayış binasında yanğın olubbackend

Paytaxtda üçmərtəbəli yaşayış binasında yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyindən İnterpress.az-a bildiriblər ki, hadisə Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 22 kvadratmetr olan 2 otaqlı mənzildə qeydə alınıb. Nəticədə mənzilin 1 otağının tavanı və ev əşyaları 16 kvadratmetr sahədə yanıb, yüksək temperaturdan digər otağın lambirindən ibarət tavanı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

İnterpress.az