Britaniyada parlamentin işinin dayandırılması etirazlara səbəb olubbackend

Britaniyada parlamentin işinin dayandırılması etirazlara səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, nümayişçilər Vestminster ərazisində toplaşaraq “zərbəni dayandırın” şüarları səsləndiriblər. “Brexit” əleyhinə hazırlanmış plakatları və Avropa İttifaqının bayraqlarını daşıyan etirazçılar bunun yalnız başlanğıc olduğunu, həftə sonu üçün daha genişmiqyaslı nümayiş təşkil ediləcəyini bildiriblər.

Həmçinin hökumət saytında parlamentin işinin dayandırılmamasını tələb edən elektron müraciətə bir gündən az müddətdə bir milyondan çox imza toplanıb.

Qeyd edək ki, Böyük Britaniyanın Baş Naziri Boris Conson parlamentin işinin oktyabrın 14-nə qədər dayandırıldığını bildirmişdi.

İnterpress.az