Bizi çətin oyun gözləyir – “Linfild” klubunun kapitanıbackend

Bizi çətin oyun gözləyir – “Linfild” klubunun kapitanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu fikri Şimali İrlandiya “Linfild”inin kapitanı Ceymi Malqryu “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının play-off mərhələsinin cavab oyunundan öncə təşkil olunmuş mətbuat konfransında söyləyib.

Ceymi Malqryu deyib: “İndiyə qədər qarşılaşdığımız ən çətin rəqiblərdən biri “Qarabağ” idi. Növbəti görüş də çətin olacaq və rəqibin oyun səviyyəsini artıracağını düşünürəm”.

Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Linfild” matçı saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda Şimali İrlandiya təmsilçisi qələbə qazanıb – 3:2.

İnterpress.az