Mədət Quliyev Çinin nümayəndə heyətini qəbul edibbackend

Mədət Quliyev Çinin nümayəndə heyətini qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən İnterpress.az-a verilən məlumata görə, Çin Xalq Respublikasının nümayəndə heyəti Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəhbərliyi tərəfindən qəbul edilib.

Görüşdə çıxış edən Penitensiar Xidmətin rəisi Mədət Quliyev Azərbaycan və Çinin ədliyyə nazirlikləri arasında səmərəli əməkdaşlığın formalaşdığını vurğulayıb. O, son illərdə penitensiar sistemdə görülmüş işlər, habelə cəzaların icrasının təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, əldə olunmuş müsbət nəticələr və həllini gözləyən problemlər barədə məlumat verib, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barəsində qonaqları məlumatlandırıb.

Çin Xalq Respublikası Ədliyyə Nazirliyinin Həbsxana Administrasiyası bürosunun məsul əməkdaşı He Ping səfərin əsas məqsədləri haqqında məlumat verib, beynəlxalq əməkdaşlığın, region ölkələri ilə təcrübə mübadiləsinin xüsusi əhəmiyyətini vurğulayıb.

Səfər proqramı çərçivəsində Çin nümayəndə heyətinin Bakı istintaq təcridxanasına, 16 saylı cəzaçəkmə müəssisəsinə və İxtisaslaşdırılmış müalicə müəssisəsinə başçəkmələri nəzərdə tutulub.

İnterpress.az