Nur-Sultan şəhərində Avrasiya ölkələrinin parlament sədrlərinin IV toplantısı keçiriləcəkbackend

Nur-Sultan şəhərində Avrasiya ölkələrinin parlament sədrlərinin IV toplantısı keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyətinin iştirakı təsdiqlənib. Qazaxıstanın irəli sürdüyü mövzu Avrasiyada təhlükəsiz və dayanıqlı inkişafın təmin edilməsi üçün Avropa və Asiya ölkələri arasında əlaqələrin inkişaf etdirilməsinə və gücləndirilməsinə yönəlib.

Toplantının əsas məqsədi Avrasiya məkanında qarşılıqlı əlaqələrin və əməkdaşlığın daha da dərinləşdirilməsi və genişləndirilməsi üçün Avropa və Asiyanın qanunverici orqanlarının rəhbərləri, habelə beynəlxalq və parlamentlərarası təşkilatların rəhbərləri arasında birbaşa çoxtərəfli dialoqun qurulmasıdır.

Nur-Sultanda ilk dəfə keçiriləcək bu tədbirə Avropa və Asiyanın 84 ölkəsindən parlament rəhbərləri, 16 beynəlxalq və parlamentlərarası təşkilatın rəhbərləri dəvət olunub.

Müzakirələr nəticəsində yekun sənəd – birgə bəyannamə qəbul ediləcək.

İnterpress.az