“Toyota” və “Suzuki” şirkətləri kapitallarını birləşdirmək niyyətindədirlərbackend

“Toyota” və “Suzuki” şirkətləri kapitallarını birləşdirmək niyyətindədirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, uzunmüddətli tərəfdaşlıq barədə razılıq əldə edən şirkətlər yeni sahələrdə, o cümlədən pilotsuz avtomobil istehsalı sahəsində əməkdaşlıq edəcəklər.

Bu planın təsdiqi barədə qərar avqustun 28-də hər iki şirkətin direktorlar şuralarının ayrı-ayrılıqda keçirilən iclaslarında qəbul edilib.

Bildirilir ki, “Toyota” şirkəti “Suzuki”nin təqribən 900 milyon dollar dəyərində olan səhmlərinin 5 faizini alacaq. “Suzuki” şirkəti isə qarşı tərəfin 450 milyon dəyərində səhmlərini əldə edəcək.

İnterpress.az