Yaponiyanın cənub-qərb rayonlarında təbii fəlakət davam edirbackend

Yaponiyanın cənub-qərb rayonlarında təbii fəlakət davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, həmin rayonlarda yağışlar davam etdiyinə görə fövqəladə vəziyyət hələ də qalmaqdadır.

Helikopterlər vasitəsilə çəkilən fotolarda Saqa prefekturasının Omaçi şəhərinin su altında qaldığı aydın görünür. Buradakı xəstəxanada olan 180-dən çox insan çox çətin vəziyyətdədir. Onların əksəriyyətinin xəstələr olduğu bildirilir. Yaxınlıqdakı zavodun yağı ilə qarışan su vəziyyəti daha da gərginləşdirib.

Qonşuluqdakı şəhərdə də xilasedicilər tərəfindən sakinlərin təxliyəsi istiqamətində əməliyyatlar davam edir.

Saqa və Naqasaki prefekturalarına iki gün ərzində aylıq normadan iki dəfə çox yağıntı düşdüyü bildirilir. Həmin prefekturalarda və qonşuluqdakı Fukuokada hazırda 670 min nəfərin təxliyə vəziyyətində olduğu qeyd edilir.

Xilasedicilər vaxtında təxliyə olunmayanlara yardım üçün hava doldurulmuş qayıqlardan istifadə edirlər.

Eyni zamanda, regionun magistral yollarında su altında qalan avtomobillərdən 450-dən çox müraciətin daxil olduğu bildirilir.

İnterpress.az