“Barselona” Neymarı ictimaiyyətə təqdim edəcəkbackend

“Barselona” Neymarı ictimaiyyətə təqdim edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kataloniya təmsilçisi 27 yaşlı braziliyalı hücumçunu geri qaytarmaqla bağlı Fransanın “Paris Sen-Jermen” (PSJ) klubu ilə yekun razılıq əldə edib. PSJ bu komandanın heyətində oynamaq istəməyən Neymarı vermək qərarına gəlib.

Daha əvvəl “L\’equipe” nəşri bildirmişdi ki, klubla futbolçunun münasibətləri düzəlməyə başlayıb. PSJ başa düşür ki, 27 yaşlı futbolçunun yay transfer pəncərəsinin bağlanmasına qədər başqa komandaya keçməsi çox çətin olacaq. Hazırda Neymara İspaniyanın “Barselona” və “Real”, habelə İtaliyanın “Yuventus” klubları maraq göstərirlər.

Neymar 2017-ci ilin yayında rekord məbləğ olan 222 milyon avro müqabilində “Barselona”dan PSJ-yə keçib. Hücumçunun Fransa komandası ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Braziliyalı futbolçu parislilərin komandasında müxtəlif turnirlərdə 58 görüş keçirib, 51 qol vurub və 29 məhsuldar ötürmə verib. Neymar PSJ-nin heyətində iki dəfə Fransa çempionu, Fransa Kuboku, Liqa Kuboku və Fransa Superkubokunun qalibi olub.

İnterpress.az