Şimali karolinalı tələbə universitetdə kütləvi güllələmə planlaşdırırmışbackend

Şimali karolinalı tələbə universitetdə kütləvi güllələmə planlaşdırırmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Amerika KİV-lərinə istinadla xəbər verir ki, kampusda cinayət törətmək niyyətinə görə universitetin 19 yaşlı birinci kurs tələbəsi Pol Steberə qarşı ittihamlar irəli sürülüb. Steber tələbə yoldaşı polisi məlumatlandırandan sonra həbs edilib.

Polis Steberin mənzilində axtarış zamanı hərbi sursat və iki vahid odlu silah – 9 millimetrlik yarımavtomat tapança və 12 kalibrli qoşalülə tüfəng aşkar edib. Ştatın prokurorluğundan bildiriblər ki, Steberin heç bir kriminal keçmişi olmayıb. O, bu ilin dekabrında kütləvi güllələnmə planlaşdırır və əvvəl törədilmiş oxşar cinayətlərin, o cümlədən 2015-ci ildə Şimali Karolina ştatının Çarlston şəhəri kilsəsində gülləbaranın detallarını öyrənirmiş.

Əslən Bostondan olan Steber hakimiyyət orqanlarına bildirib ki, o, Şimali Karolinaya burada silah almaq daha asan olduğu üçün gəlib. O bildirib ki, bu cinayəti Milad bayramı üçün törətmək niyyətində olub.

İnterpress.az