Hindistan S-400 üçün Rusiyaya avans ödəyibbackend

Hindistan S-400 üçün Rusiyaya avans ödəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya KİV-ləri bu barədə Hərbi-texniki əməkdaşlıq üzrə Federal xidmətə istinadla məlumat yayıblar. Məlumatda bildirilir ki, bu məsələ nizamlanıb və obyektiv səbəbdən texniki detallar açıqlanmır.

Hindistan Belarus, Çin və Türkiyədən sonra “Triumf” zenit-raket kompleksləri alan üçüncü ölkə olacaq.

Uzaq məsafəli zenit-raket sistemi – S-400 “Triumf” (NATO kodifikasiyasına görə SA-21 Growler) 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrdə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.

İnterpress.az