İranın Zahedan şəhərində 1 tondan çox narkotik vasitə müsadirə edilibbackend

İranın Zahedan şəhərində 1 tondan çox narkotik vasitə müsadirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, silahlı insident zamanı bir qaçaqmalçı məhv edilib, biri isə yaralı olaraq yaxalanıb. Şəhərin polis rəisi Məhəmməd Qənbəri bildirib ki, əməliyyat nəticəsində bir polis əməkdaşı ağır yaralanıb. Onun sözlərinə görə, operativ məlumat əsasında Pakistandan gələn avtomobilə baxış keçirilib və 1 ton 183 kiloqram narkotik vasitə aşkarlanıb. Baxış zamanı qaçaqmalçılar silahlı müqavimət göstəriblər.

Rəis nəzərə çatdırıb ki, İranın Sistan-Bəlucistan vilayəti Əfqanistan və Pakistanla sərhəddə yerləşir. Demək olar ki, hər gün qaçaqmalçılar bu ölkələrdən İran ərazisinə qanunsuz olaraq narkotik vasitələr keçirməyə cəhd edirlər. Polis və sərhəd xidmətinin səyləri ilə bu cəhdlərin qarşısı alınır. (azərtac)

İnterpress.az