Ordubad rayonundakı muzeylərə ekskursiya təşkil olunubbackend

Ordubad rayonundakı muzeylərə ekskursiya təşkil olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, gənclər əvvəlcə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar. Məlumat verilib ki, muzey XVII əsrə aid ölkə əhəmiyyətli Qeysəriyyə memarlıq abidəsində yerləşir. Qeysəriyyə binası ümummilli liderimiz Heydər Əliyevin 1980-ci ildə rayonlarda tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında imzaladığı qərara əsasən 1981-ci ildən fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qayğısı və göstərişi ilə muzeydə bərpa işləri aparılıb, 14 yanvar 2011-ci il tarixdə istifadəyə verilib. Muzeyin fondunda 4 mindən çox eksponat qorunub saxlanılır.

Sonra gənclər akademik Yusif Məmmədəliyevin, Məhəmməd Tağı Sidqinin və Məmməd Səid Ordubadinin ev-muzeylərini ziyarət ediblər. Burada gənclərə həmin muzeylərdə saxlanılan və nümayiş etdirilən eksponatlar haqqında ətraflı məlumat verilib.

İnterpress.az