Ölkəyə gətirilən narkotik vasitənin realizə edilməsinin qarşısı alınıbbackend

Ölkəyə gətirilən narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən İnterpress.az-a bildirilib ki, buna Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi tərəfindən keçirilən tədbir nəticəsində nail olunub. Əməliyyat tədbiri İrandan qeyri-qanuni yollarla Azərbaycanın gömrük ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin realizə ediləcəyi barədə daxil olan məlumat əsasında həyata keçirilib.

Salyan şosesi, Noxudlu yolunun kənarında yerləşən restoranın qarşısında keçirilən əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşı Yunusov Famil Şadiyar oğlu idarə etdiyi “VAZ 21154” markalı avtomobillə sözügedən əraziyə gəlib. Sonra avtomobildən enərək sellofan torbada olan narkotik vasitəni şərti alıcı kimi çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində həmin sellofan torbaya baxış zamanı 7 ədəd bağlamada olmaqla, qablaşdırma ilə birlikdə ümumi çəkisi 6 kiloqram 314 qram təşkil edən narkotik vasitə – həşiş aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az