Salyanda Ərəbqardaşbəyli kənd tam orta məktəbi üçün yeni bina tikilirbackend

Salyanda Ərəbqardaşbəyli kənd tam orta məktəbi üçün yeni bina tikilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 180 şagird yerlik binanın tikintisinə bu ilin iyun ayında başlanılıb. Qısa vaxt ərzində binanın birinci mərtəbəsində hörgü işləri başa çatıb, pəncərələr quraşdırılıb. Hazırda ikinci mərtəbədə işlər davam etdirilir. Yeni inşa olunan təhsil ocağında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılacaq. Binada sinif otaqları ilə yanaşı laboratoriya, tibb və kompüter otaqları, yeməkxana, idman və akt zalları və fənn kabinetləri olacaq. Təhsil ocağı müasir istilik sistemi, yeni inventar və texniki vasitələrlə təchiz ediləcək.

Binanın tikintisinin bu ilin oktyabr ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.

İnterpress.az