BDU-nun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans davam edirbackend

BDU-nun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BDU-dan İnterpress.az-a bildirilib ki, İtaliya, Rumıniya, Türkiyə, Fransa, Almaniya, İran, Latviya, Ukrayna, Rusiya, Norveç, Çin, Çexiya, Avstraliya, Qazaxıstan, Hindistan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri və Portuqaliyanın aparıcı universitetləri və araşdırma mərkəzlərindən olan tədqiqatçıların qatıldığı konfransın bölmə iclaslarında “Silindrik strukturların Eddi cərəyan testindən keçirmək üçün riyazi model”, “Əyriliyin stabilləşməsi və istilik enerjisi ilə idarə olunan cərəyanlar”, “Matrisa transformasiyaları”, “Həndəsə və topologiya sahəsində laylanma fəzalarında lift problemləri” və digər mövzularda məruzələr dinlənilib.

Sonra müzakirələr aparılıb.

Beynəlxalq tədbir BDU-nun əsas tərəfdaşlığı və Türkiyənin Sakarya, Beynəlxalq Balkan Universiteti, Firat Universiteti, Təkirdağ Namiq Kamal Universiteti, Kocaeli Universiteti, Amasya Universiteti, Qazi Universiteti və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin dəstəyi ilə reallaşdırılıb. Konfransa 43 ölkədən 243 elmi məruzə daxil olub.

Əsas işçi dili ingilis dili olan konfrans avqustun 30-da başa çatacaq.

İnterpress.az