Kirsten Gillibrand seçkiqabağı mübarizəsindən çıxdığını bəyan edibbackend

Kirsten Gillibrand seçkiqabağı mübarizəsindən çıxdığını bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bəyanat Demokratlar Partiyasının üçüncü debatlarına iki həftə qalmış verilib. Məlumdur ki, üçüncü debatlardan keçmək üçün namizədlərin hər birinə azı 130 min donor lazımdır. Senatorun seçkiqabağı kampaniyasının nümayəndələri üçüncü mərhələ ərəfəsində bildiriblər ki, Kirsten Gillibrand cəmi 20 min donorun dəstəyini qazanıb.

K.Gillbirand ailə vəziyyəti ilə bağlı haqqı ödənilən məzuniyyətə, reproduktiv hüquqlara və bərabər məvacibə istiqamətlənmiş planlarını açıqlamaqla, qadınların problemlərini öz seçkiqabağı kampaniyasının mərkəzi elementinə çevirib.

K.Gillibrand 2009-cu ildə ABŞ-ın dövlət katibi təyin edilən Hillari Klintonun yerinə ABŞ Senatının üzvü seçildikdən sonra populyarlaşıb.

İnterpress.az