“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıbbackend

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, oyunun son dəqiqələrində “Qarabağ” hesab arasındakı fərqi iki topa çatdırıb. İkinci qolu rəqib qapısından 88-ci dəqiqədə Abdullah Zubir keçirib. Lakin oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Şayne Laveri buraxılmış toplardan birinin əvəzini çıxsa da, bu, komandamızın növbəti mərhələsinə yüksəlməsinə mane olmayıb. Beləliklə “Qarabağ” iki oyunun nəticəsinə görə (2:3, 2:1) UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, “Qarabağ” beşinci dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

İnterpress.az