Virjil van Deyk ötən mövsümün ən yaxşı oyunçusu seçilibbackend

Virjil van Deyk ötən mövsümün ən yaxşı oyunçusu seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, mükafatlar avqustun 29-da Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatması mərasimi çərçivəsində təqdim edilib.

İlin futbolçusu adına “Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo və “Barselona”nın argentinalı hücumçusu Lionel Messi də namizəd idi.

Lionel Messi UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün ən yaxşı hücumçusu, Frenki De Yonq (“Ayaks”) ən yaxşı yarımmüdafiəçi, Virjil van Deyk ən yaxşı müdafiəçi, Alison Beyker (“Liverpul”) isə ən yaxşı qapıçı nominasiyalarının qalibi olublar.

İnterpress.az