Finlandiya təhlükəsizlik sahəsində Norveç və İsveçlə daha sıx əməkdaşlıq etmək niyyətindədirbackend

Finlandiya təhlükəsizlik sahəsində Norveç və İsveçlə daha sıx əməkdaşlıq etmək niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, bu, prezidentin şəxsi təşəbbüsüdür.

Finlandiyada akkreditə olunan səfirlərin qarşısında çıxış edən Prezident S.Niinistö bütün səkkiz Arktika ölkəsi arasında görüşlərin təşkili zamanı fövqəldövlətlərin gərginliyi ilə bağlı yaranan çətinliklərdən şikayətlənib. Bununla yanaşı, o, İsveçlə Finlandiya arasında əməkdaşlığın son illər nəzərəçarpacaq dərəcədə aktivləşdiyindən məmnun olduğunu bildirib və ümumi qonşuları olan Norveçlə yeni əlaqələrin qurulmasının mühümlüyünü qeyd edib.

Finlandiya Prezidenti Administrasiyasının məlumatına görə, Sauli Niinistönün təklifi qəbul edilib və sentyabrda qeyri-formal görüş keçiriləcək. Məlumatda bildirilir ki, tərəflər görüşdə müstəqil şəkildə siyasi təhlükəsizlik sahəsində fikir mübadiləsi apara biləcəklər.

İnterpress.az