“Diaspor lideri” Oleq Bakinski Ukraynadakı soydaşlarımıza qan uddurur – İLGİNC ŞİKAYƏTbackend

“Diaspor lideri” Oleq Bakinski Ukraynadakı soydaşlarımıza qan uddurur – İLGİNC ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Yeniçağ.az-a istinadən xəbər verir ki, Ukraynanın paytaxtı Kiyev şəhərində yaşayan azərbaycanlılardan daxil olan şikayətə əsasən, həm də diaspor təşkilatının sədri olan “qanuni oğru” Oleq Bakinski (Oleq Krapivin) soydaşlarımızla reket kimi davranır.

Şikayətçilərin sözlərinə görə, Oleq Bakinski bir neçə il əvvəl “Bakıdan verilmiş göstəriş” əsasında diaspor təşkilatının sədri postuna gətirilib.

Bu şəxs Ukraynada yaşayan soydaşlarımıza dəstək olmaq əvəzinə, öz adamları ilə bazarda işləyənlərə hücum edir, onların hər birindən aylıq olaraq, 100 dollar pul yığır. Bu xəracı verməkdən imtina edənlər isə ölümlə təhdid olunurlar.

Şikayətçilər bildiriblər ki, bazarda işləyən azərbaycanlılar Bakinskinin kəsdiyi həmin aylıq xəracı vermək istəmədikləri üçün həyatlarını təhlükəyə atıblar:

“Diaspora sədri bizi müdafiə etməkdənsə, öldürməklə hədələyir”.

Qeyd olunur ki, Oleq Bakinskinin adamları Rafiq və Fazil adlı şəxslər dünən bazarda çalışan həmyerlilərimizi yenidən bir yerə yığaraq, xəracı çatdırmaları üçün onlara bu həftənin sonuna qədər vaxt veriblər. (yenicag.az)

İnterpress.az