5000-dən çox müəllimliyə namizəd əlavə yerləşdirmə üzrə vakansiya seçimində iştirak edib – Nazirlikbackend

5000-dən çox müəllimliyə namizəd əlavə yerləşdirmə üzrə vakansiya seçimində iştirak edib – Nazirlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, 5 190 namizəd elektron ərizəsini təsdiq edərək bu mərhələdə iştirak edib.

Ərizəsini təsdiqləyən şəxslərin elektron yerləşdirilməsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

Vakant yer tutmuş namizədlərin şəxsi səhifələrinə müsahibə mərhələsi barədə tezliklə məlumat göndəriləcək.

İnterpress.az