Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Sərhəddə ticarət indikatoru üzrə işçi qrupunun görüşü keçirilib

Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının sərhəddə ticarət indikatoru üzrə işçi qrupunun görüşü keçirilib.

Dərc edilib: 30 avqust 2019 [17:38]
Baxış sayı: 4288

Komitədən İnterpress.az-a verilən məlumata görə, görüşdə DGK sədrinin birinci müavini İsmayıl Hüseynov, DGK sədrinin müavini Cavad Qasımov, Baş İdarə rəisləri, İqtisadiyyat, Vergilər, Ədliyyə nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Qida Təhlükəsizliyi Agentliyi və konsaltinq şirkətlərinin nümayəndələri iştirak edib.

Görüşdə sərhəddə ticarət indikatoru üzrə görülən işlər və gələcəkdə atılacaq addımlar barədə müzakirə aparılıb.

İ. Hüseynov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi davamlı iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmizdə makroiqtisadi sabitlik əldə olunub, iqtisadi dayanıqlılıq təmin edilib, dövlət büdcəsinin və əhalinin gəlirləri artıb. Bildirilib ki, son illər bütün sahələrdə, o cümlədən gömrük sistemində aparılan uğurlu islahatlar, əlverişli biznes mühitinin yaradılmasına, beynəlxalq ticarətin asanlaşdırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə, vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin olunmasına şərait yaradıb ki, bu da Dünya Bankının "Doing Business 2019" hesabatında ölkəmizin 32 pillə irəliləməsinə səbəb olub.

Komitə sədrinin birinci müavini, xüsusilə konsaltinq şirkətləri ilə birgə əməkdaşlığın bu sahədə səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Sonra sərhəddə ticarət indikatoru üzrə görülən işlərdən bəhs edən İsmayıl Hüseynov "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi və faydaları barədə görüş iştirakçılarını məlumatlandırıb.

Daha sonra DGK sədrinin müavini Cavad Qasımov məlumat verib ki, məcburi qərarların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər ilin sonuna qədər başa çatdırılacaq və sistemin tətbiqi həm gömrük orqanları, həm də biznes subyektləri üçün vaxt və vəsaitə qənaət baxımından əlverişli imkanlar yaradacaq. C. Qasımov vurğulayıb ki, gömrük nəzarəti metodlarının tətbiqi zamanı fiziki baxışın keçirilməsi 90% aradan qaldırılıb və gömrük-buraxılış məntəqələrinin infrastrukturunun yenidən qurulması istiqamətində irimiqyaslı tədbirlər həyata keçirilir.

C. Qasımov gömrük təmsilçiliyi institutunun formalaşdırılması, yeni gömrük-keçid məntəqələrinin inşası, gömrük təmsilçilərinin peşə biliklərinin artırılması və digər istiqamətlərdə görülən işlər barədə də iştirakçıları məlumatlandırıb.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib və onların sualları cavablandırılıb.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179