Vəhşi heyvan və balıqların ovuna icazə “ASAN xidmət”də veriləcəkbackend

Vəhşi heyvan və balıqların ovuna icazə “ASAN xidmət”də veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, dövlət ekoloji ekspertizası üzrə müvafiq icazələrin, eyni zamanda vəhşi heyvan və balıqların ovuna icazələrin verilməsi “ASAN xidmət” mərkəzində həyata keçiriləcək.

Bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsinə, şəffaflığın artırılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunacaq.

İnterpress.az