Ərdoğan Rusiyadan “Su-57”lərin alınacağını açıqladıbackend

Ərdoğan Rusiyadan “Su-57”lərin alınacağını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. Onun sözlərinə görə, \”Su-57\”lərin alışı ilə bağlı danışıqlar davam edir:
\”Rusiyada \”MAKS-2019\” sərgisindən sonra bizim nazirliklərin nümayəndələri orada qalıblar və işləyirlər. Kredit və ortaq istehsal şərtlərimizi danışıqlar masasına qoyaraq hərəkət edəcəyik. ABŞ \”F-35\” qırıcılarının təchizatı ilə bağlı mövqeyini dəyişməzsə, bu vəziyyətdən çıxış yolu axtaracağıq\”,- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Rusiyada keçirilən \”MAKS-2019\” aviakosmik sərgisində iştirak edən Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə birgə yeni nəsil \”Su-57\” döyüş təyyarəsinə baxış keçirib.

İnterpress.az