Danimarkanın Orhus şəhəri işıqforları vikinqlərin təsviri ilə təchiz edibbackend

Danimarkanın Orhus şəhəri işıqforları vikinqlərin təsviri ilə təchiz edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Danimarka KİV-lərinə istinadla xəbər verir ki, hələlik 17 yeni işıqfor quraşdırılıb. İşıqforlarda adi işarələrin əvəzinə əllərində döyüş qalxanı və baltası tutan vikinqlər təsvir edilib.

Şəhər şurasının üzvü Buenyamin Simsektakimin sözlərinə görə, Orhus bununla şəhərin tarixi irsini vurğulayır. Qeyd edək ki, döyüşçülər buynuzlu dəbilqə olmadan təsvir edilib. Çünki şəhərin hakimiyyət orqanları vikinqlər tərəfindən “buynuzlu dəbilqə”dən istifadə faktının sübut olunmadığını hesab edir.

Qeyd edək ki, Orhus şəhəri vikinqlər tərəfindən hələ VIII əsrdə, Yutlandiya yarımadasının şərq sahilboyunda salınıb. Şəhər yarandığı vaxtdan regionun iqtisadi və mədəni mərkəzinə çevrilib və məşhur limana malik olub. Hazırda Orhus Danimarkanın ikinci ən böyük şəhəridir.

İnterpress.az