“Sevilya” İspaniya çempionatında xal itiribbackend

“Sevilya” İspaniya çempionatında xal itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Qarabağ” komandasının UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri “Sevilya” öz meydanında “Selta Viqo”nu qəbul edib.

Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. Ötən mövsüm İspaniya çempionatında beşinci yeri tutan “Sevilya”nın heyətində Franko Vazquez 81-ci dəqiqədə hesabı açıb. Bundan iki dəqiqə sonra qonaqlar Denis Suarezin vurduğu topla hesabı bərabərləşdirib. Beləliklə, öz meydanında xal itirmələrinə baxmayaraq, baş məşqçi Xulen Lopeteqinin yetirmələri bu matçdan sonra xallarının sayını yeddiyə çatdıraraq İspaniya çempionatında liderliklərini möhkəmləndiriblər.

Üçüncü turun digər görüşləri avqustun 31-də və sentyabrın 1-də keçiriləcək. Çempionluğa iddialı komandalardan “Barselona” avqustun 31-də səfərdə “Osasuna” komandası ilə üz-üzə gələcək.

“Real Madrid” sentyabrın 1-də “Vilyarreal”ın qonağı olacaq. Həmin gün “Atletiko Madrid” doğma azarkeşlər önündə “Eybar”la qarşılaşacaq.

İnterpress.az