Çin kosmosa iki peyk göndəribbackend

Çin kosmosa iki peyk göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, raketdaşıyıcı ölkənin şimal-qərbində yerləşən Qansu əyalətinin Tszyuan kosmodromundan orbitə buraxılıb. Kosmik aparatlardan biri mikroqravitasya eksperimental peyki, digəri isə “Syaosan-1-07” elmi-tədqiqat aparatıdır.

Bu, “Kuayçjou-1A” raketdaşıyıcısının kosmosa üçüncü buraxılışıdır.

ÇXR meteoroloji, telekommunikasiya, naviqasiya peyklərini orbitə göndərməklə öz kosmik proqramını inkişaf etdirir. Bununla yanaşı, çinli alimlər 2020-2025-ci illərdə asteroidlərin və Marsın tədqiqi üzrə geniş proqramı da həyata keçirəcəklər.

İnterpress.az