Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə


Hadisə  

Sumqayıtda yaşayış binasında yanğın olub: On nəfər təxliyə edilib

Sumqayıt şəhərində yaşayış binasında yanğın baş verib.

Dərc edilib: 31 avqust 2019 [10:53]
Baxış sayı: 4984

Fövqəladə Hallar Nazirliyindən İnterpress.az-a bildiriblər ki, hadisə beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzildə qeydə alınıb. Nəticədə mənzilin 1 otağı 20 kvadratmetr sahədə yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179